Modern.az

Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR

Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR

24 Yanvar 2020, 14:33

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı Yardımlı-Masallı rayonlarında görüşlərini  davam etdirib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd  yanvarın 24-nə olan təbliğat- təşviqat kampaniyasını əraziyə  yağan bərəkətlə - qarla başlayıb.

 

Deputatlığa namizəd Bozayran kəndində görüş keçirib. Seçicilərin istəklərini dinləyib. Həm ağsaqqallar, həm də gənclər seçimlərini etdiklərini, səslərini Musa Qasımlıya verəcəklərini bildirdilər.

 

Deputatlığa namizəd tanınmış ziyalıların, təsərrüfat rəhbərlərinin çıxdığı bu kəndin əhalisinə böyük hörmət və ehtiramını bildirib.

 

Musa Qasımlı görüşdən sonra Bilnə kəndinə gedib. Orta məktəb müəllimi Əlihüseyn Paşayevin həyat yoldaşı, jurnalist dostu Elşad Paşasoyun anasının hüzr məclisində iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi