Modern.az

“Azneft”də yeni TƏYİNATLAR - FOTO

“Azneft”də yeni TƏYİNATLAR - FOTO

Aktual

24 Yanvar 2020, 14:40

“Azneft” İstehsalat Birliyində (İB) yeni təyinatlar olub. Belə ki, Elmir Qaragözov İB-nin baş geoloqu-baş direktorun müavini, Balaəli Cəfərov isə baş mühəndisin hasilat üzrə müavini təyin ediliblər.

 

Modern.az-ın məlumatına görə, yeni vəzifələrə təyin olunan şəxsləri təbrik edən “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ümidvar olduğunu bildirib ki, gənc və perspektivli kadrlar bundan sonrakı vəzifələrində də Birliyin uğurlu fəaliyyətinə öz layiqli töhfələrini verəcəklər.

 

Sonda Elmir Qaragözov və Balaəli Cəfərov çıxış edərək onlara göstərilən yüksək etimada görə SOCAR və “Azneft” İB-nin rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir