Modern.az

AzTU-da yeni şöbə müdiri təyin edildi

AzTU-da yeni şöbə müdiri təyin edildi

Aktual

24 Yanvar 2020, 14:52

Azərbaycan Texniki Universitetində (AzTU) yeni təyinat olub.

 

Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, texnika elmləri namizədi, dosent Malik Qarayev magistratura və doktorantura şöbəsinə müdir təyin olunub.

 

Qeyd edək ki, Malik Qarayev 1990-cı ildə Azərbaycan Texniki Universitetini (keçmiş Azərbaycan Politexnik İnstitutunu) fərqlənmə diplomu ilə bitirib. O, yeni təyinata qədər Fövqəladə Hallar Nazirliyi Akademiyasının Tədris şöbəsinin rəisi vəzifəsində çalışıb. Əmək fəaliyyətini AzTU-nun “Maşınqayırma texnologiyası” kafedrasının dosenti vəzifəsində davam etdirib. Qeyd edək ki, şöbənin bundan əvvəlki müdiri Elçin Rzayev universitetdə keçirilən dekan seçkisində iştirak edərək “Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı seçilib. O vaxtdan magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsi vakant olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi