Modern.az

Aqiyə Naxçıvanlı seçicilərlə görüşüb - FOTO

Aqiyə Naxçıvanlı seçicilərlə görüşüb - FOTO

Aktual

24 Yanvar 2020, 16:45

Yanvar ayının 24-də 117 saylı dairədən deputatlığa namizəd Aqiyə Naxçıvanlı rayonun Bucaq və Calut kəndlərində seçicilərlə görüşüb.

 

Namizədin seçki qərargahından Modern.az-a verilən məlumata görə, görüşdə çıxış edənlər ölkədə reallaşdırılan quruculuq işlərindən, ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən siyasətdən, əldə edilən uğurlardan bəhs ediblər.

 

Səmimilik və qarşılıqlı etimad şəraitində baş tutmuş görüş zamanı Aqiyə Naxçıvanlı ölkədəki sabitlik, dayanıqlı inkişaf və islahatlar, Yeni Azərbaycan Partiyasının seçkilərdəki platforması barədə seçicilərə geniş məlumat verib.

 

Bucağın kənd ağsaqqalı Müseyib Musayev söz alaraq Aqiyə xanımın valideynləri atası Həbib Naxçıvanskinin, anası Səriyyə müəllimənin ilk dəfə olaraq məhz Bucaq kəndində pedaqoji fəaliyyətə başlamalarından, Bucaq və ətraf kəndlərin neçə-neçə nəsil şagirdlərinin layiqli vətəndaş kimi yetişməsinə böyük əmək sərf etdiklərindən danışıb. O, Həbib müəllimlə bağlı xatirələrini bölüşdü. Həmçinin Aqiyə xanımın universiteti bitirdikdən sonra doğma rayonda məsul vəzifələrdə çalışdığından, onun elə o dövrdəki əzmkarlığından və  bu ailənin rayonun inkişafina verdiyi töhfələrdən söhbət açıb.

 

Bucaq kəndindən seçicilər Sahib İmamverdiyev, Araz Rəşıdov,  Calut kənd seçiciləri Vilayət Həsənov, Lətif Abbasov, Vidadi Həsənov, Günel İbrahimova və Yolçu Hüseynov çıxış edərək cənab prezidentin  həyata keçirdiyi siyasəti, islahatlar prosesini müdafiə etdiklərini və onun ətrafında sıx birləşdiklərini ifadə ediblər.

 

Seçicilər 9 fevralda keçiriləcək seçkilərdə fəal olacaqlarını bildirdilər və deputatlığa namizədə uğurlar arzulayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi