Modern.az

Rəşad Mahmudov növbəti görüşünü şəhid ailəsi ilə keçirib – FOTO

Rəşad Mahmudov növbəti görüşünü şəhid ailəsi ilə keçirib – FOTO

24 Yanvar 2020, 22:56

77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, deputatlığa namizəd Rəşad Mahmudov növbəti görüşünü Astaranın Artupa kəndindən olan şəhid ailəsi ilə keçirib.



Modern.az xəbər verir ki, Rəşad Mahmudov Astaranın Artupa kəndindən olan şəhid Ağayev Yaqubun atası Ağayev Əsgərə evində baş çəkib. Onun sağlıq durumu və qayğıları ilə maraqlanıb.

Əsgər kişi göstərilən ehtirama görə təşəkkür edərək, hər cür diqqət və qayğı ilə əhatə olunduğu üçün dövlətimizin başçısı cənab Prezidentə təşəkkür etdi. Balasının uğrunda şəhid olduğu Vətənimizin bu günkü abadlığını, yüksək inkişafını gördükcə rahatlıq tapdığını dilə gətirdi.

Ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsinin gücləndirilməsinin, problemlərinin vaxtında həll olunmasının və hər cür qayğı ilə əhatə edilməsinin təşkilini hər zaman dəstəkləyirəm.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır