Modern.az

ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi

ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi

24 Yanvar 2020, 23:33

İranın yanvarın 8-də ABŞ-ın İraqdakı hərbi bazasına 15 raket zərbəsi nəticəsində 34 amerikalı əsgər yaralanıb.


Modern.az  xarici mediaya istinadən xəbər verir ki,  bu barədə məlumatı günlər sonra Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman açıqlayıb. Onun sözlərinə göeə, 8 hərbçi hazırda ABŞ-da, 9-u isə Almaniyada  xəstəxanadadır. Digər hərbçilər isə müalicədən sonra İraqdakı hərbi hissələrinə qayıdıblar.

Qeyd edək  ki, daha əvvəl Prezident Donald Tramp açıqlaması zamanı raket zərbələri nəticəsində heç bir əsgərin yaralanmadığını bildirmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?