Modern.az

35 saylı dairənin sədri istefa verdi: SƏBƏBLƏR

35 saylı dairənin sədri istefa verdi: SƏBƏBLƏR

24 Yanvar 2020, 23:47

Xətai rayonu 35 saylı üçüncü dairə seçki komissiyasının sədri İmran Hüseynəliyev tutduğu vəzifədən istefa verib.

Modern.az  xəbər verir ki, onun istefa verməsinə səhhətində yaranan ciddi problemlər səbəb olub. İ. Hüseynəliyev səhhəti ilə bağlı hospitala yerləşdirilib.

İ.Hüseynəliyev Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib və işdən çıxmaqla bağlı ərizə yazmasını belə əsaslandırıb: “Hazırda Daxili İşlər Nazirliyinin hospitalındayam. Ürəyimdə ciddi problemlər var və bu vəziyyətdə fəaliyyət göstərə bilməyəcəyimi görüb işdən çıxmaq məcburiyyətində qaldım.”

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir