Modern.az

Rusiya XİN-də Qarabağ müzakirəsi

Rusiya XİN-də Qarabağ müzakirəsi

Qarabağ

25 Yanvar 2020, 00:29

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ATƏTin Minsk Qrupu həmsədrlərini - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa ) və Endryu Şoferi (ABŞ) qəbul edib.

Modern.az  xəbər verir ki, Rusiya XİN-dən APA-ya verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib.

Məsləhətləşmələr  zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktual problemləri, eləcə də Rusiya, ABŞ və Fransanın münaqişənin nizamlanmasında vasitəçilik səylərinin koordinasiyası müzakirə olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır