Modern.az

Bakıda sərnişin avtobusu yoldan çıxdı - yaralılar var

Bakıda sərnişin avtobusu yoldan çıxdı - yaralılar var

Hadisə

25 Yanvar 2020, 09:46

Bu gün səhər saat 08 radələrində “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkət olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən VAZ 2107 markalı minik avtomobili çıxıb. Toqquşmadan yayınmaq üçün avtobusun sürücüsü manevr etmək istəsə də yol sürüşkən olduğundan nəqliyyat vasitəsinə idarəetməni itirib.

 

Nəticədə avtobus yoldan kənara çıxıb. Qəza nəticəsində sərnişinlərdən bir neçə nəfərin yüngül xəsarət aldığı bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi