Modern.az

Kamran Bayramovun seçicilərlə görüşü - FOTOLAR

Kamran Bayramovun seçicilərlə görüşü - FOTOLAR

Aktual

25 Yanvar 2020, 10:23

100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsindən deputatlığa namizəd Kamran Bayramov seçicilərlə görüşünü davam etdirir.

 

Modern.az xəbər verir ki, K.Bayramov seçicilərlə görüşünü Daşkəsənin Aşağı Daşkəsən, Quşçu, Abbaslı, Mehrili kəndlərində keçirib. K.Bayramov bu kəndlərdə həm geniş kütlə, həm də qapı-qapı gəzərək seçicilərlə görüşərək, onların problemləri, istəkləri, yaşam tərzləri ilə yaxından tanış olub. Bir sıra seçicilərin evində qonaq olaraq onlarla çay süfrəsi arxasında söhbətlərini davam etdirib. Görüşlər zamanı deputatlığa namizəd gördüyü işlər və növbəti mərhələdə hansı işləri görəcəsi ilə bağlı seçiciləri məlumatlandırıb.

 

K.Bayramov eyni zamanda seçiciləri narahat edən məsələləri dinləyib. Seçicilər fevralın 9-da növbəti mərhələdə yenidən ona etimad göstərəcəklərini bildiriblər. Seçicilər onun ötən müddətdə gördüyü işlərdən razılığını dilə gətiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı