Modern.az

“Eurovision 2012”nin aparıcıları müəyyənləşib – Sürprizə hazırlaşın

“Eurovision 2012”nin aparıcıları müəyyənləşib – Sürprizə hazırlaşın

2 Aprel 2012, 17:28

“Eurovision 2012” mahnı müsabisinə sayılı günlər qaldı. İndi isə bütün diqqətlər müsabiqənin necə təşkil olunmasına yönəlib. Nəzər yetirsək görərik ki, keçən il Almaniya müsabiqə üçün xüsusi ssenari hazırladı və bu ssenariyə uyğun aparıcılar seçdi. Bu ssenari əsasında yarışma şouya çevrildi. Bəs bizdə aparıcı seçimi necə olacaq? Aparıcılar nə  vaxt müəyyənləşəcək? Ümumiyyətlə, “Eurovision” mahnı müsabiqəsi üçün aparıcılar hansı keyfiyyətlətə malik olmalıdır? Modern.az saytının əməkdaşı bu suallara cavab tapmağa çalışıb.

“Eurovision-2012”nin yerli işçi qrupuna daxil olan tanınmış teleaparıcı Hüsniyyə Məhərrəmova müsabiqədə aparıcı olmaq üçün öz namizədliyini verməyib.
“Aparıcı kimi özünüzü görürsünüzmü” sualına isə ümumiyyətlə cavab vermək istəməyib
”Bu haqda danışmaq istəmirəm, yaxın vaxtlarda bilinəcək ki, aparıcılar kimdir. Buna görə də sürprizi gözləyin”. .

Azərbaycanın “Eurovision-2012”üzrə işçi qrupunun piar və kommunikasiya rəhbəri Tahir Məmmədovun sözlərindən belə başa düşdük ki, aprıcılar artıq müəyyənləşib və yaxın vaxtlarda onların kimliyi açıqlanacaq.
“Yaxın vaxt ərzində aparıcılar açıqlanacaq. Aparıcılıq üçün namizədlər var, amma onların kimliyini açıqlaya bilmərik. Yaxın vaxtlarda mediaya açıqlama veriləcək. Bu açıqlamada aparıcıların hansı kriteriyalara uyğun seçildiyi, aparıcının kimliyi barədə ətraflı məlumat veriləcək”.

"SOY production"ın baş direktoru, teleprodüser Oqtay Əliyev:  “Bu məsələləri İctimai Televziya həll eləyir, özləri bilirlər,  kimi istəslər, onu da aparıcı seçəcəklər. Bizim istəklərimiz, arzularımız heç kimə qəbul deyil, heç bir məna daşımadığı üçün heç mən də o haqda fikirləşmək istəmirəm. O ki, qaldı necə aparıcı olsun? Dünya standartlarına uyğun olaraq, həm aparıcı kimi yaxşı, tanınmış aparıcı olmalıdır, həm də bir balaca onu tamaşaçı tanımalıdır, sevməlidir. Ciddi, ağır yox, bir az şirin aparıcı olmalıdır. Şən, şux, deyən-gülən, zarafatı bacara bilən aparıcı olmalıdır. Məsələn, keçən il Almaniyada aparıcılardan biri gəlib o birisini belinə götürdü, yəni belə şouları bacara bilən aparıcı olmalıdır”.

Sevinc İLTİFATQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu