Modern.az

40 yaşından sonra ana olan azərbaycanlı MƏŞHURLAR - SİYAHI

40 yaşından sonra ana olan azərbaycanlı MƏŞHURLAR - SİYAHI

Mədəni̇yyət

26 Yanvar 2020, 10:59

Ana olmaq hissini bütün qadınlar yaşamaq istəyir. Kimisinə tez, kimisinə isə gec nəsib olur. Xüsusilə, özünü karyerasına həsr edən qadınlar gec ana olmağa üstünlük verirlər.

 

Modern.az  gec ana olan azərbaycanlı məşhurları təqdim edir.

 

Zülfiyyə Xanbabayeva  (1967)

Xalq artisti 40 yaşında ana olub. Belə ki, müğənninin 40 yaşından sonra Dəniz adlı qız övladı dünyaya gəlib.

 

Sevil Nuriyeva (1973)

Tanınmış teleaparıcı Sevil Nuriyeva 2014-cü il mayın 28-də 41 yaşında oğul övladı dünyaya gətirib. Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılov 2018-ci ilin sentyabrında Türkiyədə öldürülüb.

 

Aytən Səfərova (1972)

Teleaparıcı 2018-ci il dekabrın 1-də 43 yaşında üçüncü dəfə ana olub. Onun Nizami adlı oğlu dünyaya gəlib.

 

 Nazənin Salayeva (1964 )

Müğənni Nazəninin ana olmaq xəbəri mətbuatda böyük rezonansa səbəb olmuşdu. Belə ki, 50 yaşında ana olan müğənni süni mayalanma yolu ilə uşaq sahibi olub.

 

 Flora Kərimova (1941 )

Xalq artisti Flora Kərimova üç dəfə ailə həyatı qurub. Üçüncü evlilikdən Zümrüd adlı qız övladı dünyaya gəlib. Xatırladaq ki, müğənni 39 yaşında ana olub.

 

 Elmira Ələkbərzadə (1973)

Müğənni Emma Ələkbərzadə gec ailə quraraq, 41 yaşında ana olub.

 

 Xoşqədəm Hidayətqızı (1974)

Teleaparıcı Xoşqədəm Hidayətqızı 40 yaşında, ikinci dəfə 2014-cü ildə Türkənin  məşhur müğənnisi Doğuşla ailə həyatı qurub. Bu nikahdan cütlüyün 2 əkiz övladı dünyaya gəlib. Məlumat üçün bildirək ki, teleaparıcının ilk nikahdan Zaur adlı oğlu var.

  

Mələykə Əsədova (1966)

Xalq artistinin qızı Güləri 40 yaşında dünyaya gətirib.

 

Gülyanaq Məmmədova (1973)

Xalq artisti 2017-ci ildə 44 yaşında dördüncü dəfə ana olub.

  

Tünzalə Əliyeva (1973 )

Hər kəsin “Toppuş bacı” ləqəbi ilə tanıdığı Əməkdar artist 2013-cü ildə Röyal Babayevlə ailə həyatı qurub. Aktrisa 43 yaşında ana olub. Qeyd edək ki, Tünzalə Əliyevanın Zəhra adlı qız övladı dünyaya gəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir