Modern.az

Sosial şəbəkənin təyyarə yalanı: FHN-dən təkzib  

Sosial şəbəkənin təyyarə yalanı: FHN-dən təkzib  

Ölkə

26 Yanvar 2020, 14:37

Ötən gündən etibarən sosial şəbəkələrdə Türkiyənin Elazığ bölgəsində baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycandan yardım təyyarəsinin göndərildiyi barədə məlumat yayılıb.

 

Hətta azərbaycanlı xilasediciləri daşıyan təyyarə Elazığ aeroportunda eniş etdiyi barədə qətiyyətli iddialar da səsləndirilib.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda isə bu xəbər təkzib olunub. FHN mətbuat katibi Gülçin Mehdiyeva saytımıza açıqlamasında hələlik yardım göndərilmədiyini vurğulayıb:

 

“Bu məlumat sosial şəbəkələrdən götürülüb və paylaşılıb. Əslində belə bir addım hələlik atılmayıb. Əgər yardım göndərilərsə, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubu Elazığda baş vermiş güclü zəlzələilə bağlı bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı