Modern.az

Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsi tikiləcək

Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsi tikiləcək

Aktual

26 Yanvar 2020, 21:06

Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsinin inşası nəzərdə tutulub.

Modern.az  xəbər  verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava məlumat verib.

Onun sözlərinə görə, yeni sərhəd-keçid məntəqəsinin tikilməsi ilə bağlı danışıqlar və layihələndirmə işləri davam edir.

Xidmət rəisi deyib ki, mövcud gömrük infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi ilə bağlı yeni planlar da var:

“Dost ölkələrlə avtomatik məlumat mübadiləsinin tətbiqi sərhədlərdən keçən əmtəə və yüklərin hərəkətinin daha yaxşı idarə olunması və özəl sektorun ticarətlə bağlı xərclərinin azaldılmasına imkan verəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır