Modern.az

Tovuzda qardaş qardaşı bıçaqlayıb

Tovuzda qardaş qardaşı bıçaqlayıb

26 Yanvar 2020, 21:22

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.az-ın  məlumatına görə, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini, 1962-ci il təvəllüdlü Əbülfət İslam oğlu Salmanov mübahisə zəminində qardaşı, Rövşən Salmanov tərəfindən bıçaqlanıb.

Əl, baş və sinə nahiyəsindən bıçaq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır