Modern.az

Növbəti Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı və yeri AÇIQLANDI

Növbəti Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı və yeri AÇIQLANDI

27 Yanvar 2020, 11:45

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri  Zoqrab Mnatsakanyan arasında növbəti görüş yanvarın 29-30-u tarixlərində İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN-I rəsmi açıqlama yayıb.

 

Nazirlərin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəyi, bundan sonra Qarabağ münaqişəsi ilə bağlı ikitərəfli danışıqlar aparacağı gözlənilir.

 

Sonuncu dəfə nazirlər 2019-cu ilin dekabrında Slovakiya paytaxtı Bratislavada görüşmüşdü.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi