Modern.az

Çinin koronavirus yayılmış şəhərindəki azərbaycanlı tələbə: “Burdan çıxmağımıza icazə verdilər...”

Çinin koronavirus yayılmış şəhərindəki azərbaycanlı tələbə: “Burdan çıxmağımıza icazə verdilər...”

27 Yanvar 2020, 11:58

“Çində koronavirusa görə bağlı elan edilmiş şəhərlərində yaşayan əcnəbi vətəndaşlar artıq öz ölkələrinə qayıda bilərlər”.

 

Bu barədə Modern.az-a Çinin karantin elan edilmiş Vuhan şəhərində yaşayan azərbaycanlı doktorant Leyla Quliyeva məlumat verib. O xarici vətəndaşların öz səfirliklərinə müraciət etdikdən sonra Çindən çıxarılmaları üçün şərait yaradıldığını deyir:

 

“Xarici vətəndaşlar buradakı səfirliklərinə müraciət edib ölkədən çıxa bilərlər. Amma çinlilərin belə bir icazəsi yoxdur. Artıq Çin prezidenti vəziyyəti öz nəzarətinə götürüb. Ona görə də kronavirusun qarşısının alınması, təxliyyə məsələlərində irəliləyişlər var. Azərbaycanın buradakı səfirliynə müraciət edib, problemsiz şəkildə Çindən çıxa bilərik”.

 

Qeyd edək ki, son rəsmi məlumatlara gör, Çində kütləvi şəkildə yayılmış koronavirusdan ölənlərin sayı 80-ə, yoluxanların sayı 3 minə çatıb. Koronavirusa yoluxma halları Çinlə yanaşı, Tailand (7), Sinqapur, Avstrasliya (4), Yaponiya, Malaziya, Cənubi Koreya, Fransa və ABŞ (3) və Vyetnamda da (2) qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir