Modern.az

Ayaz Mütəllibovun səhhətində problemlər yarandı - “Həkimim məsləhət görüb ki...”

Ayaz Mütəllibovun səhhətində problemlər yarandı - “Həkimim məsləhət görüb ki...”

27 Yanvar 2020, 12:02

“Son günlər səhhətimdə müəyyən problemlər yaranıb. Bir az xəstələnmişəm. Görünür, havaların soyuq keçməsindəndir”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycanın  keçmiş prezidenti Ayaz Mütəllibov deyib.

 

Ayaz Mütəllibov həmçinin ölkədəki seçki prosesindən də danışıb.

 

“Düzü, budəfəki parlament seçkilərini izləyə bilmirəm. Proseslərdən də xəbərsizəm. Heç dünyada gedən prosesləri də izləyə bilmirəm. Həkimim məsləhət görüb ki, bir müddət siyasi gündəmi izləməyim. Ancaq zamanı gələndə mən də seçkilərlə bağlı mövqeyimi bildirəcəm. İndi danışmasam da olar”, - deyə eks-prezident bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər