Modern.az

Trampdan Messiyə - Dünya məşhurları Kobi Brayanta yas tutur

Trampdan Messiyə - Dünya məşhurları Kobi Brayanta yas tutur

27 Yanvar 2020, 12:03

NBA əfanəsi Qara Mamba ləqəbi ilə tanınan məşhur basketbolçu Kobi Brayantın qəfil ölümü idman,incəsənət və siyasət ictimaiyyətindən olan hər kəsi yasa boğdu. Hətta bir çox dünya ulduzları öz şəxsi hesablarından paylaşımlar edərək Kobi Brayantı yad etdilər.

 

Modern.az məşhurların  sosial şəbəkə hesablarında paylaşdıqları yazıları təqdim edir.

İlk paylaşım ABŞ prezidenti Donald Trampdan gəldi. Prezident şəxsi “Twitter” hesabında  paylaşım edərək bunları yazıb .

"Basketbol əfsanəsi Kobi Brayant və üç nəfərin Kaliforniyada helikopter qəzasında öldüyü barədə məlumatlar var. Dəhşətli xəbərdir".

 

Keçmiş ABŞ prezidenti Barak Obama  “Twitter” hesabında “ Kobi  bir əfsanə idi. Mən və Mişel bu kədərli hadisə ilə bağlı Venessaya və bütün Brayant ailəsinə başsağlığı və dualar göndəririk”- deyə kədərini bildirib.

 

İspaniyanın Barselona futbol klubunun ulduz futbolçusu  Messi Brayantın ölüm xəbərini eşidən kimi “İnstagram” səhifəsində bunları yazıb: “Çox kədərliyəm, ailəsinə və bütün sevənlərinə başsağlığı verirəm. Səni tanımaq və səninlə gözəl günlər keçirmək mənə zövq verirdi. Sən bir dahi idin ”.

 

Yuventus futbol klubunun ulduz futbolçusu Kriştiano Ronaldo Qara Mambanın ölümünü “İnstagram” hesabında bunları paylaşıb: “Kobi və qızı Jannanın ölümü ilə bağlı ürəkağrıdan xəbəri eşitmək o qədər kədərlidir ki.. Kobi əsl əfsanə və bir çox insan üçün ilham mənbəyi idi. Ailəsinə və dostlarına, eyni zamanda qəzada həyatını itirənlərə başsağlığı verirəm”.

Paris Saint-Germain-in braziliyalı ulduzu Neymar, vertolyot qəzasında həyatını itirən Kobi Brayantın xatirəsini belə yad edib. Belə ki, Neymar Paris Saint-Germain-in Lillə səfər matçının 52-ci dəqiqəsində kameralara barmaqları ilə “24” işarəsi göstərərək, penaltidən vurduğu qolu Kobi Brayantın əziz xatirəsinə həsr edib.

Həmçinin Neymar sosial şəbəkədə Kobi Brayant haqqında paylaşım edərək bunları yazıb: “İdman sevərlər və Kobi azarkeşləri üçün acı bir gündür. O əlləri ilə bir əfsanə yaratdı. Ailəsinə və dostlarına səbr diləyirəm”.

 

Mark Kuban Broadcast.com-un uğurlu qurucusunun həmtəsisçisi, həmçinin peşəkar idman komandasının sahibi öz Twitter hesabında bunları yazıb: “Həyatın nə qədər qiymətli olduğunu heç vaxt unuda bilmərik. Sizin üçün xüsusi olanlar və onları necə sevdiyinizi unutdurmalarına əsla imkan verməyin”.

 

Qeyd edək ki, 41 yaşlı veteran basketbolçu helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb. Onunla bərabər helikopterdə olan digər dörd şəxs – K.Brayantın üç dostu və pilot da qəzanın qurbanı olub. Bu qəzada Kobi Brayantın 13 yaşlı qızı Jannanın da öldüyü bildirilir.

eteran basketbolçu helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb. Onunla bərabər helikopterdə olan digər dörd şəxs – K.Brayantın üç dostu və pilot da qəzanın qurbanı olub. Bu qəzada Kobe Brayantın 13 yaşlı qızı Giannanın da öldüyü bildirilir.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır