Modern.az

İstanbulda 30 nəfər FETÖ üzvü saxlanılıb

İstanbulda 30 nəfər FETÖ üzvü saxlanılıb

27 Yanvar 2020, 18:25

İstanbulda FETÖ terror təşkilatının kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etməkdə şübhəli bilinən 30 nəfərin saxlanılması istiqamətində əməliyyat keçirilib.

 

Modern.az Virtualaz.org-a istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində şübhəli bilinən şəxslərdən 13-ü İstanbulda, biri isə Sakaryada ələ keçirilib.

Şübhəlilərdən dördünün Türkiyə ərazisini tərk etdiyi müəyyən olunub. Digər şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?