Modern.az

Türkiyədə 12 nəfər koronavirus təhlükəsi ilə xəstəxanaya yerləşdirildi

Türkiyədə 12 nəfər koronavirus təhlükəsi ilə xəstəxanaya yerləşdirildi

Aktual

27 Yanvar 2020, 21:25

Türkiyənin Aksaray şəhərində 9-u çinli, 3-ü türk olmaqla 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

 
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, xəstələrdə baş gicəllənməsi, bulantı və qusma əlamətləri görülüb. 9 Çin vətəndaşının təxminən 5 gün əvvəl Türkiyəyə gəldikləri məlum olub.


Səhiyyə Nazirliyi 12 xəstəni nəzarətdə saxladığını açıqlayıb. Xəstəxana işçilərinə qoruyucu maskalar paylanıb. Hazırda analizlər aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü