Modern.az

Çavuşoğlu Lavrovla Suriya məsələsini müzakirə etdi

Çavuşoğlu Lavrovla Suriya məsələsini müzakirə etdi

Aktual

27 Yanvar 2020, 22:51

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon söhbəti olub.

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki,  nazirlər arasında söhbətin mövzusu Suriya və İdlib olub.

Rusiyalı nazir həmkarına Türkiyədə baş verən güclü zəlzələdə həyatını itirənlərlə bağlı başsağlığını da çatdırıb.



Qeyd edək ki, dünən yerli media son 3 gündə 31 min suriyalı köçkünün Türkiyə sərhədlərinə yerləşməsilə bağlı məlumat yayıb. Köçün səbəbini media son günlər Əsəd rejiminin İdlibə hərbi hücumlarının artması ilə izah edib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı