Modern.az

“Hər kəs öz yolunu tapacaq” - Cahangir Novruzov

“Hər kəs öz yolunu tapacaq” - Cahangir Novruzov

Mədəni̇yyət

28 Yanvar 2020, 11:53

Azərbaycanın tanınmış aktyoru, əməkdar incəsənət xadimi, xalq artisti Cahangir Novruzov  Rusiyanın Çernoqolovka şəhərində olub.

 

Modern.az-ın məlumatına görə, Çernoqolovka şəhərində yerləşən məktəbin direktoru Qalina Vldimirovna Cahangir Novruzovu məktəbə dəvət edib.

 

Türkiyədən məktəbə dəvət olunan tanınmış aktyor bu il ali məktəblərə qəbul olunmaq üçün sənəd verəcək şagirdlər qarşısında mühazirə oxuyub.

 

Cahangir Novruzov bildirib ki, həyatda hər kəsin hədəfi məqsədə çatmaqla bağlı olmaqdır:

 

“Çünki məqsədə çatmaq üçün mütləq ona doğru addımlamaq lazımdır. Bu zaman hər kəs öz yolunu tapacaq”.

 

Mühazirənin ardınca Cahangir Novruzov şagirdlərin ona ünvanlanan suallarını cavablandırıb.

 

Xalq artisti dahi İmaməddin Nəsiminin “Sığmazam” qəzəlini də şagirdlər qarşısında səsləndirib.

 

Məktəb kollektivi Cahangir Novruzovun çıxışlarını alqışlayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?