Modern.az

Azərbaycanda yeni musiqi alətləri yaradıldı- “ay-ulduz”, “sevgililər”, “fitar”...

Azərbaycanda yeni musiqi alətləri yaradıldı- “ay-ulduz”, “sevgililər”, “fitar”...

28 Yanvar 2020, 15:05

Hər bir xalqın tarixində, musiqisinin çoxçalarlı qurulmasında, milli mədəniyyətinin dünyaya tanıdılmasında musiqi alətlərinin rolu danılmazdır. Azərbaycanın milli musiqi alətləri olduqca zəngindir. Musiqi mədəniyyətinin formalaşması və inkişafında musiqi alətləri nə qədər önəmlidirsə, onların təkmilləşdirilməsi və yeni növlərinin yaradılması da bir o qədər əhəmiyətlidir.

 

Bəs maraqlıdır, son illərdə Azərbaycanda yeni musiqi alətləri yaradılırmı? Bu sahəyə maraq necədir?

 

Bununla bağlı Modern.az-a danışan Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, musiqiçi Abbasqulu Nəcəfzadə yeni musiqi alətlərinin yaradıldığını, lakin kütləviləşmədiyini deyib:

 

“Qobuda yaşayan Qasım Qasımov hardasa 15 il öncə “ney-kamança” “sinə-ud” “dilruba” “zilsaz” kimi musiqi alətləri hazırlayıb. Şəkidə Farid Fərzəlibəyov adlı həvəskar tarzən tarın “bas” növünü hazırlamışdı. Bu yaxınlarda Sumqayıtda bir usta “çəlik-kamança”, “çəlik-qabal” alətlərini düzəltmişdi. Çəlik-kamançanı böyük sənətkarımız Habil Əliyevin adına olan kiçik bir muzey var ora hədiyyə etdik. Mahmud Salah adında bir dəf ustası “şərqitar”, “şiş-kaman” adında kamançanın 6 dilli növünü hazırlayıb. Fikrət Quliyev adlı usta isə Azərbaycanın ilk özümnəməxsus elektron musiqi alətini hazırlayıb. “Fitar” adlanan alət bir növ gitaraya oxşasa da, bu musiqi alətinin özünəməxsus səs tembrı var. Milli Konservatoriyanın laborotoriya müdiri Məmmədəli Məmmədov “ay-ulduz”, “sevgililər” adlı musiqi aləti hazırlayıb”.

 

A.Nəcəfzadə yeni icad olan “fitar” musiqi alətinə dünya ölkələrində də marağın olduğunu bildirib:

  

“Hələ ki, “fitar” istisna olmaqla bu sadaladığım alətlərdən heç biri geniş yayılmayıb. Fitarı hətta ABŞ, İngiltərə kimi böyük ölkələrdən belə sifariş edirlər. Fikrət Quliyev özü bu aləti hazırlayıb həmin ölkələrə göndərir. Buta şəklində olan bu aləti bəziləri gitara ilə də qarışdırır. Yeni yaradılan nəfəs alətlərindən “tülək”, “zümzümə”, “zurna-balaban”ın, “xromatik-ney”in adını çəkə bilərəm. Bu alətlərin çoxu hazırlayan şəxsin özündə qalır, çoxaldılmır. Çünki yeni hazırlanan alətləri tanıtmırlar. Nə də ki, dövlət ya da başqa şəxslər tərəfindən bu alətlərə xüsusi maraq  göstərilmir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı