Modern.az

Koçaryan: “Paşinyan mənimlə azərbaycanlıların edə bilmədiyini etdi”

Koçaryan: “Paşinyan mənimlə azərbaycanlıların edə bilmədiyini etdi”

Qarabağ

29 Yanvar 2020, 14:51

Həbsdə olan Ermənistanın eks-prezidenti Robert Koçaryan geniş müsahibə verib.

 

Modern.az xəbər verir ki, o özünə məxsus Ermənistanın “Yerevan.Today” saytına geniş yazılı müsahibə verib.

 

Eks-prezident Nikol Paşinyanı növbəti dəfə ölkəni fəlakətə aparmaqda ittiham edib. Koçaryanın məhz onun inqilab eyforiyasından çıxmış ölkəni xilas edəcəyini də əlavə edib.

“Tale mənə Qarabağ uğrunda azadlıq mübarizəsinə başçılıq etməyi qismət edib. Hərəkat başlayanda mən yalnız möcüzə nəticəsində Azərbaycan həbsxanasına düşmədim. Taleyin ironiya ondadır ki, məni həbs etməklə Paşinyan azərbaycanlıların edə bilmədiyini etdi. Yəqin ki, bu təhlükəli, milli mənsubiyyətimizi məhv edən hakimiyyətin dəyişilməsində böyük rol oynamalı olacam”.

 

Xatırladaq ki, Robert Koçaryan 1998-2008-ci illərdə Ermənistana rəhbərlik edib. O 2008-ci ildə Yerevanda prezident seçkilərinə etiraz edən kütləyə güc tətbiq etməkdə və "konstitusion quruluşu" devirməkdə ittiham olunur. Hadisələr zamanı 10 nəfər həlak olmuş, yüzlərlə insan yaralanmış, həbsə atılmışdı.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir