Modern.az

Əfqanıstanda "əl-Qaidə" üzvü olan azərbaycanlı həbs edilib

Əfqanıstanda "əl-Qaidə" üzvü olan azərbaycanlı həbs edilib

Təhsil

2 Yanvar 2010, 15:25

Xarici KİV-lərin yaydığı məlumata görə, Əfqanıstanda "əl-Qaidə" üzvü olan Azərbaycan vətəndaşı həbs edilib. "Əl-Qaidə" ilə əməkdaşlıqda günahlandırılan Bakı sakini Sirac Ağafərəc oğlunu Əfqanıstanın xüsusi xidmət orqanlarının əməkdaşları həbs ediblər.
Məlumatlara görə, Sirac Ağafərəc oğlu Əfqanıstanın Xoşt əyalətində özünü partlatmağa cəhd edərkən həbs olunub. O, "əl-Qaidə"nin Siracəddin Həqqani qolunun üzvüdür. İlkin tədqiqatlar zamanı o, dini təhsil almaq üçün Bakıdan Pakistanın Küveytə şəhərinə getdiyini, oradan Pakistanın Mir Əli  regionunda olduğunu və orada il yarım hərbi təlim keçdiyini etiraf edib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir