Modern.az

Mir Hüseyn Musəvi: “Şəhid olmaqdan qorxmuram”

Mir Hüseyn Musəvi: “Şəhid olmaqdan qorxmuram”

2 Yanvar 2010, 17:01

İranın müxalifət lideri Mir Hüseyn Musəvi Tehran hökumətinə xəbərdarlıq edib ki, onlar islahatlar hərəkatının qarşısını güc yolu ilə ala bilməyəcək. Modern.az-ın məlumatına görə, Musəvi şəhid olmaqdan qorxmadığını dilə gətirib.  Müxalifət veb səhifəsində yerləşdirilən bəyanatda Musəvi bildirib ki, İran ciddi böhran içərisindədir.
Onun sözlərinə görə, rejim müxalifət liderlərini həbs etmək və ya öldürməklə vəziyyətin sakitləşməsinə nail olmayacaq.  O, hökuməti 5 maddəlik planı qəbul etməyə çağırıb.  Bu plana siyasi məhbusların azad edilməsi və yeni şəffaf seçki qanununun yaradılması daxildir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...