Modern.az

Gənclər Fondu 2000 gənci bir araya gətirdi

Gənclər Fondu 2000 gənci bir araya gətirdi

2 Fevral 2020, 12:24

Azərbaycan Gəncləri Günü münasibəti ilə fevralın 2-də Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “İntellektual Klubların II Gənclər Kuboku”-nun final mərhələsinin açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, yanvar ayında start verilmiş turnirdə 58 rayon və şəhərdən ümumilikdə 300 komanda arasında yarış keçirilib və 70 komanda final mərhələsinə vəsiqə qazanıb. Regional seçimlərdə ümumilikdə 2000-ə yaxın gənc iştirak edib. Final mərhələsi “Nə? Harada? Nə zaman?”, “Breyn Rinq”, “Erudit Kvartet” və “Kviz” oyunları əsasında keçiriləcək.

 

Açılışda dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Çıxış edən rəsmilər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən, o cümlədən gənclər üçün yaradılan şəraitdən, gənclərə olan  xüsusi diqqət və qayğısından danışıb, gənclərin intellektual səviyyəsinin artırılması yönündə görülən işləri iştirakçıların diqqətinə çatdırıblar.

 

Turnirin qalibləri bu gün müəyyənləşəcək və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir