Modern.az

2010-da Ankaranın başını ən çox Ermənistan ağrıdacaq

2010-da Ankaranın başını ən çox Ermənistan ağrıdacaq

2 Yanvar 2010, 17:06

2010-cu ildə Türkiyəni ən çox  Ermənistan və Kıprıs məsələləri məşğul edəcək. Modern.az-ın məlumatına görə, 2010-cu ilin ilk 6 ayında Ermənistanla münasibətlərin nizamlanması, sərhədlərin açılması məsələsi Türkiyə xarici siyasətində prioritet mövzulardan olacaq. “Zaman”ın məlumatına görə, Türkiyə 2009-cu ildə son dövrlərin ən aktiv xarici siyasətini yeridib. Qeyd olunur ki, bu il Türkiyəni ən çox məşğul edərək “başını ağrıdacaq” mövzu Ermənistan və Kıprıs olacaq. Türkiyə məhz bu iki məsələni sona çatdırmaq niyyətindədir.  “Zaman”ın yazdığına görə, 2010-un ilk yarısı  Ermənstanla ilişkilərə öz damğasını vuracaq. İki ölkə əlaqələrinin normallaşması üçün oktyabrda portokollar imzalandı. Ankara dəstək almaq üçün protokolu parlamentə göndərdi. Yerevan isə protokolu parlamentdən öncə Konstitusiya Məhkəməsinə (KM) göndərib. KM yanvarın 12-də protokolların müzakirəsinə başlayacaq.  Erməni tərəfi protokolların Türkiyə Böyük Millət Məclisində təsdiqlənməsi üçün indidən Türkiyəyə təzyiqlər edir.
Yerevan 24 aprelə qondarma soyqırımın ildönümünə qədər Türkiyəni protokolları imzalamağa təhrik edir. Lakin Ankara erməni işğalı altında olan Azərbaycan torpaqları azad olunmayınca addım atmayacaq. Ankara çözüm üçün Minsk qrupunun fəaliyyətinin gücləndriliməsində israr edir.  Azərbaycan və Ermənistan prezidentləri arasındakı növbəti görüş də nizamlama prosesində  önəmli mərhələ olacaq. “Bütün bu başağrılarına rəğmən Türkiyə XİN-i böyuk bir krizis gözləmir. Türkiyə XİN bu proseslərin müsbət nəticə verəcəyinə inanır”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir