Modern.az

Koronavirus neftin qiymətini ucuzlaşdırdı

Koronavirus neftin qiymətini ucuzlaşdırdı

3 Fevral 2020, 14:14

Yanvar ayında dünya birjalarında xam neftin qiyməti 16 faiz azalıb.

 

Modern.az xəbər verir ki, “Brent” markalı xam neftin qiyməti yanvarın 20-də Çində koronavirusla bağlı böhranın baş verməsindən bəri 10 faizdən çox ucuzlaşıb.

 

Hazırkı qiymət isə OPEC-ə üzv ölkələrin əksəriyyətinin dövlət xərclərini ödəmək üçün tələb olunan qiymət səviyyəsindən aşağıdır. Belə ki, OPEC koronavirusun səbəb olduğu neft tələbatındakı azalma səbəbindən çətin günlər keçirir. Neft tədarükünü azaltmaqdan başqa bir həll yolu tapa bilməyən kartel bu siyasətini davam etdirməyi müzakirə edir.

 

OPEC və qeyri-OPEC ölkələrin Birgə Texniki Komitəsi (JTC) Çində yayılan koronavirusun neft tələbatına təsirini qiymətləndirmək üçün fevralın 4-5-də Vyanada toplantı keçirməyi planlaşdırır.

 

“OPEC+” mənbələrinin verdiyi məlumata görə, texniki komitə neft hasilatının azaldılmasına dair hazırkı sazişin müddətinin mart ayından sonrakı müddətə də uzadılıb-uzadılmayacağı və ya istehsalın daha böyük həcmlərdə azaldılıb-azaldılmayacağı barədə öz tövsiyyəsini verəcək (azərtac).

 

Qeyd edək ki, “Brent” neftinin bir barreli hazırda Londonun ICE birjasında 56,22 dollara, “Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 51,44 dollara satılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir