Modern.az

Saakaşvili hakimiyyətdən birdəfəlik gedəcək

Saakaşvili hakimiyyətdən birdəfəlik gedəcək

2 Yanvar 2010, 22:19

Gürcüstan prezidenti Mixail Saakaşvili hakimiyyətdən gedəcəyini bəyan edib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, gürcü hakimləri ilə görüşdə Saakaşvili bir daha prezident postu uğrunda mübarizə aparmayacağını söyləyib. “Bu, mənim sonuncu prezident müddətimdir, bundan sonra mən prezident postuna namizədliyimi verməyəcəm. Əlbəttə ki, bundan sonra da mən ölmək fikrində deyiləm”-deyə gürcü lideri bildirib.

 

Xatırladaq ki, Saakaşvilinin prezident səlahiyyətləri 2013-cü ildə başa çatır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi