Modern.az

Türkiyənin məşhur azərbaycanlı aktrisası - “Atamın ölümü bizə o qədər də təsir etmədi”

Türkiyənin məşhur azərbaycanlı aktrisası - “Atamın ölümü bizə o qədər də təsir etmədi”

Mədəni̇yyət

3 Fevral 2020, 17:09

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyə mediasına müsahibə verib.

 

Modern.az xəbər verir ki, jurnalistin suallarını cavablandıran tanınmış aktrisa ailəsi ilə bağlı açıqlamalar verib.

 

“Mən Bakıda anadan olmuşam. Sovetlər Birliyi dağıldıqdan sonra 11 yaşımda anamla birlikdə Türkiyəyə gəldim. O zaman atamla, anam  ayrılmışdılar. Anam burada daha yaxşı bir həyat quracağına inanırdı. Mən həkim ailəsində böyümüşəm. Anam və nənəm hər ikisi ixtisasca pediatrdılar. Babam isə böyrək köçürmə üzrə ilk cərrahdır. Ancaq mən ailədə tibbi öyrənməyən nadir insanlardan biri hesab oluram. Çünki tibbi təhsilə o qədər də marağım olmayıb. Mən özüm kino-televiziya üzrə təhsil aldım. On altı yaşımda isə atamı itirdim. Ancaq onun ölümü bizə o qədər də təsir etmədi. Yəni böyük çətinliklər yaşamadıq. Əksinə özümüzü xoşbəxt aparırdıq. Həmişə çalışmışıq ki, özümüzü xoşbəxt edən insanlardan olaq. Ancaq daxili yanma tərəfim var, buna baxmayaraq həmişə özümə təsəlli verməyə çalışmışam”.

 

Qeyd edək ki,  Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə bu həftə ekranlarda yayımlanacaq “Aşk tesadüfleri sevər 2” filminin baş rol ifaçısıdır. Bu film 1960-cı illərdən bu günə qədər gələn iki fərqli sevgi hekayəsindən bəhs edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı