Modern.az

Bakı-Tbilisi-Qars sərnişin qatarı işə düşəcək - İsveçrədən 10 vaqon gətirildi

Bakı-Tbilisi-Qars sərnişin qatarı işə düşəcək - İsveçrədən 10 vaqon gətirildi

4 Fevral 2020, 08:55

“Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşımalarının təşkili ilə bağlı işlər davam etdirilir”.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib.

 

Rəsmi məlumata görə, artıq həmin istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib:

 

“Müvafiq sənədlər hazırlanıb və onlar imzalanandan sonra sərnişin daşımalarına start veriləcək. Bunun üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanan müqaviləyə əsasən 10 vaqon Azərbaycana gətirilib. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur”.

 

“Bakı-Tbilisi-Qars marşrutu ilə elektrik qatarı deyil, sərnişin qatarı fəaliyyət göstərəcək. Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin qatarı fəaliyyətə başlayacağı ərəfədə onun hərəkət qrafiki barədə əvvəlcədən ölkə vətəndaşlarına KİV vasitəsilə ətraflı məlumat veriləcək”,-deyə ADY-dən bildiriblər.

 

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasının 2019-cu ilin avqustunda həyata keçiriləcəyi bildirilsə də, layihənin reallaşması müəyyən səbəblərdən ləngiyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər