Modern.az

Paşinyanın QARABAĞ SƏRGÜZƏŞTLƏRİ: Oğlu Aşotla görüş, restoranda qəbz davası...

Paşinyanın QARABAĞ SƏRGÜZƏŞTLƏRİ: Oğlu Aşotla görüş, restoranda qəbz davası...

4 Fevral 2020, 12:50

Ermənistan baş naziri Nikol Paşinyan “Facebook” istifadəçilərinə yaxınlarda Dağlıq Qarabağa səfəri zamanı rastlaşdığı hadisədən danışıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bazar günü oğlu Aşotu hərbi hissədə ziyarət etmək üçün işğal altındakı Qarabağa səfər etdiyi bildirən hökumət başçısı yolüstü restoranlardan birində qarşılaşdığı mənzərədən danışıb.

 

Oğlu və ailəsi ilə birlikdə restoranda bir neçə saat keçirən Paşinyan hesabın ödənilməsi zamanı çek aparatı ilə rastlaşmayıb. Restoran rəhbərliyindən çek istəyən zaman o, işçilərin kassa aparatını istifadə edə bilmədiyini görüb.

“İşçinin kassa aparatından istifadə etmək praktikası olmayanda bu kimi hallar baş verir. Sonra mənlə danışmaq istəyən bir neçə vətəndaş diqqətimi məsələdən yayındırdı. Amma çeki gətirmədilər. Sonra ofisinatlar mənə yaxınlaşaraq aparatın yeni olduğunu və onlarla vaxt lazım olduğunu bəhanə gətirdilər”.

 

Paşinyan qanun pozuntusu ilə bağlı qondarma Qarabağ rejiminin “vergi orqanları”na müraciət etdiyini də əlavə edib.

Ermənistan baş naziri oğluna 1 günlük buraxılış verildiyi üçün onunla görüşə bildiyini və restoranda 39 min dram (80 dollar) hesab ödədiyini də əlavə edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi