Modern.az

Məmur övladları hərbi hissədə “dedovşina” yaradıb, əsgəri intihara sürükləyib - FAKTLAR

Məmur övladları hərbi hissədə “dedovşina” yaradıb, əsgəri intihara sürükləyib - FAKTLAR

5 Fevral 2020, 12:12

Erməni jurnalistlərinin araşdırması Qarabağda məmur övladlarının xidmət etdiyi və öz qanunları ilə idarə olunan hərbi hissə aşkarlayıb.

 

Modern.az xəbər verir ki, Xankəndi yaxınlığında yerləşən hərbi hissə komfortlu şəraiti ilə diqqət çəkir. “Təsadüf” nəticəsində hərbi hissədə əsasən, məmur övladları xidmət edir və onlar heç zaman ön xəttə aparılmırlar.

 

Hərbi hissədə Araik adlı əsgərin at oynatdığı, imkansız ailələrdən olan əsgərlədən pul və hədiyyə tələb etdiyi, zabitlərin isə ondan çəkindiyini yazır.

 

“Araik əsgərlərdən hər gün pul yığır və problemlərdən uzaq olmaq üçün onlar bu istəyi yerinə yetirirlər. Hətta, gənc əsgərlərə verilən yeni formanı da əllərindən alaraq pul qarşılığında satır. Zabitlər isə heç bir işə qarışmır. Onlar bu hərbi hissədə heç bir qayda-qanun yarada bilmirlər”- deyə məlumat verilib.

 

 

 

Hərbi hissədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Kəşfiyyat İdarəsinin rəisi general-mayor İsai Mkrtçyanın, qondarma Qarabağ ordusunun “müdafiə naziri” Karen Abramyanın, eks-deputatlar Arakel Movsisyan və Zaven Akopyanın övladları xidmət keçir. Məmur övladları hərbi hissənin de-fakto sahibi Araiklə əlbir olaraq nizamnamə qaydalarını pozaraq burada “dedovşina” tətbiq edirlər.

 

Çoxsaylı qanun pozuntuları döyülən və təhqirlərə məruz qalan əsgərlərin hərbi hissədən qaçışı yaxud intihara cəhd etməsi ilə nəticələnib.

 

Yanvarın 30-da başıbəlalı hərbi hissədə xidmət keçən Vaqram Avakyanın (2000-ci il) cəsədi tapılıb. 

 

Hərbi Prokurorluq hərbçinin ona təhkim olunmuş silahdan atəş açaraq özünə qəsd etdiyini iddia etsə də, yaxınları Avakyanın öldürüldüyünü iddia edir. Əsgərin intiharı ilə bağlı 3 əsgər yoldaşı – David Movsisyan, Xaçik Qasparyan və Spartak Avetisyan saxlanılıb. Onlar “tabelilik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması” maddəsi ilə istintaqa cəlb olunublar.

 

 Beləliklə, eks-deputat Arakel Movsisyanın oğlu David bu hərbi hissədə həbs edilən ilk məmur övladı olub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi