Modern.az

Azərbaycanda yeni jurnalist təşkilatı yaradıldı

Azərbaycanda yeni jurnalist təşkilatı yaradıldı

Media

5 Fevral 2020, 15:12

Azərbaycanda yeni jurnalist təşkilatı yaradılıb.

 

Bu barədə Modern.az saytına təşkilatın yaradıcılarından olan “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva məlumat verib.

 

Verilən məlumata görə, əsas üzvləri gənclərdən ibarət olan təşkilatda ölkənin tanınmış jurnalistlərindən Elmin Nuri, İmdad Əlizadə, Sevinc Qarayeva, Təranə Məhərrəmli, Namidə Bingöl, Firayə Allahverdiyeva, Hicranə Əlişqızı, Ayyət Əhməd, Fərəh Sabirqızı, Xəyalə Murad, Turan Osmanlı, İlhamə İsabalayeva, Əfqan Qafarlı, Elşad Eyvazlı və başqa jurnalistlər cəmləşib.

 

Təhsil Jurnalistləri  İctimai  Birliyi adlanan qurumun  ümumilikdə 30 üzvü var.

 

Təşkilatın məqsədi təhsil sahəsindən yazan jurnalistlərin biri-biri ilə sıx əlaqəsini yaratmaq, bu istiqamətdə ixtisaslaşmaya nail olmaq, ölkənin strateji işi sayılan təhsillə bağlı cəmiyyətə doğru məlumatlar çatdırmaq, təhsilin inkişafına dəstək olmaqdır.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı