Modern.az

Putinə hər saat koronavirusla bağlı hesabat verilir

Putinə hər saat koronavirusla bağlı hesabat verilir

5 Fevral 2020, 15:40

Putinə hər gün, bəzən isə hər saatda koronavirus xəstəliyinin yayılması ilə bağlı hesabat verilir.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.

 

“Koronavirusun yayılmasına qarşı proqramlar hazırlanıb. Alimlər, şirkətlərlər xəstəliyə qarşı peyvənd hazırlayır, diplomatik xidmətlər və hərbi qüvvələr xəstəliyin yayılmasının qarşısını almağa çalışırlar”- deyə Peskov söyləyib.

 

Buna qədər, Tümenə Çinin Uxan şəhərindən göyərtəsində rusiyalı turistlər olan 2 təyyarə eniş edib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?