Modern.az

İlham Əliyev Pakistan prezidentinə başsağlığı verib

İlham Əliyev Pakistan prezidentinə başsağlığı verib

3 Yanvar 2010, 21:52

Azərbaycan Prezident İlham Əliyev Pakistanda baş vermiş terror aktı ilə əlaqadar bu ölkənin dövlət başçısı Asif Əli Zərdariyə başsağlığı verib.
"Lakki Marvat şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca sarsıldıq. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzhürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər