Modern.az

Türkiyədə sərnişin təyyarəsi qəzaya uğradı: Yaralılar var, VİDEO

Türkiyədə sərnişin təyyarəsi qəzaya uğradı: Yaralılar var, VİDEO

Dünya

5 Fevral 2020, 20:18

Türkiyədə sərnişin təyyarəsi uçuş zolağından çıxıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər  verir ki, İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus sərnişin təyyarəsi dənizin üzərindən Sabiha Gökçen hava limanına enərkən uçuş zolağında dayana bilməyib və yolun kənarına yuvarlanıb.

Qəza nəticəsində Sabiha Gökçen aeroportu fəaliyyətini dayandırıb, uçuşlar İstanbul hava limanına yönləndirilib.



Hadisə yerinə çoxlu sayda xilasedici cəlb edilib. Sərnişinlər təyyarədən təxliyə edilir. Nəqliyyat naziri Cahit Turhan bildirib ki, təyyarədə 177 sərnişin olub. Onun sözlərinə görə, qəzada ölən yoxdur. Bir neçə nəfər yaralanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür