Modern.az

Senatorlar Trampın impiçmentinə “yox” dedi

Senatorlar Trampın impiçmentinə “yox” dedi

6 Fevral 2020, 09:37

ABŞ Senatı prezident Donald Trampın impiçmentinə qarşı çıxdı.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o barəsində impiçment qərarı qəbul edilməyən sayca 3-cü prezident olub.

 

Trampa qarşı ilk ittihama görə Senatın 48 üzvü, ikinci ittihama görə isə 47 üzvü impiçmentə səs verib. Amma eyni ittihamlar üzrə “yox” deyən senatorların sayı müvafiq olaraq 52 və 53 olub.

 

Trampın prezident postunu tərk etməsi üçün isə senatorların üçdə iksinin səsi lazım idi. Onu Ukraynaya hərbi yardımı dayandırmaq və bu məsələ ətrafında araşdırmalara mane olmaqda ittiham edirdilər. Bu dövlət başçısının vəzifə səlahiyyətlərini aşması kimi dəyərləndirilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir