Modern.az

Hollivudun məşhur “Spartakı” vəfat etdi

Hollivudun məşhur “Spartakı” vəfat etdi

Mədəni̇yyət

6 Fevral 2020, 11:12

ABŞ-da məşhuir aktyor Kirk Duqlas vəfat edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor 104 yaşında vəfat edib.

1916-cı il dekabrın 9-da Nyu-Yorkun Amsterdam şəhərində yəhudi ailəsində anadan olan aktyor 1950-ci illərin əvvəllərindən başlayaraq böyük populyarlıq qazanıb.

O daha çox 1960-cı ildə çəkilən “Spartak” filmi ilə məşhurluq qazanıb. Onun aktyorluq profilində 80-dən çox film var. 1996-cı ildə aktyor fəxri “Oskar” mükafatı alıb.

 

Kirk Duqlas 2 dəfə evli olub, 4 uşaq sahibidir. Aktyorun böyük oğlu Maykl da məşhur aktyor olub və “Oskar” mükafatı qazanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir