Modern.az

“Minsk Qrupunun avazı yaxşıdır, oxuduğu Quran olsa”- BAYRAM SƏFƏROV  

“Minsk Qrupunun avazı yaxşıdır, oxuduğu Quran olsa”- BAYRAM SƏFƏROV  

Qarabağ

6 Fevral 2020, 11:36

“ATƏT-in Minsk Qrupunun avazı yaxşı gəlir, oxuduğu Quran olsa.  Belə bəyanatlara o vaxt yaxşı baxaram ki, əvvəlkilər də  gərək yerinə yetirilə”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü Bayram Səfərov ATƏT-in Minsk Qrupunun son Qarabağ danışıqlarından sonra tərəflərin sülhə hazırlanması ilə bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib.

 

Bayram Səfərovun sözlərinə görə, beynəlxalq təşkilatın məqsədi aydındır:

 

“ATƏT-in Minsk Qrupunun  xalqları sülhə hazırlamaqda məqsədi var. Bu qurum vaxt qazanmaq istəyir. Həmsədrlər oturub yeyib-içir və maaşını da alır. Ermənistana da dəstək verirlər. Bizim isə gözləməyə vaxtımız yoxdur”.

 

İcma üzvü  işğal altındakı torpaqlara qayıtmaq istəyini də dilə gətirib:

 

“Bircə şeyi dəqiq bilirəm. Ali Baş Komandanın əmri ilə Azərbaycan əsgəri öz işini görməyincə biz torpaqlarımıza yığışa bilməyəcəyik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır