Modern.az

Qarabağda erməni əsgərin ölümünə görə komissiya yaradıldı  

Qarabağda erməni əsgərin ölümünə görə komissiya yaradıldı  

6 Fevral 2020, 12:35

Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində əsgər Vaqram Avakyanın ölüm işi ilə bağlı araşdırmalar davam edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, əsgərin ölümü ilə bağlı xüsusi komissiya yaradılıb.

Bundan başqa, Avakyanın xidmət etdiyi hərbi hissənin komandiri və müavini işdən azad olunub. Hərbi hissənin daxil olduğu diviziyanın komandiri şiddətli töhmət alıb.

 

Xatırladaq ki, Vaqram Avakyan yanvarın 30-da ölü tapılıb. Onun intihar etdiyi bildirilsə də, valideynləri övladlarının öldürüldüyünü bildirmişdilər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir