Modern.az

Kremlin əsas favoriti Paşinyana meydan oxudu, planlarını AÇIQLADI

Kremlin əsas favoriti Paşinyana meydan oxudu, planlarını AÇIQLADI

6 Fevral 2020, 13:05

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan yeni siyasi partiya yaradacaq.

Modern.az xəbər verir ki, o bu barədə jurnalistlərlə görüşü zamanı deyib.

 

Vanetsyan yaxın vaxtlarda yaradacağı partiyanın qeydiyyatdan keçəcəyini, bunun üçün müxtəlif siyasi fiqurlarla danışıqlar aparıldığını deyib.

“Biz xalqa anlatmağa çalışacayıq ki, indi baş verənlər düzgün deyil. Əgər xalq bunu qəbul etsə, hakimiyyətə gələcəyik, qəbul etməsə başqa yollar axtaracayıq"- deyə Vanetsyan deyib.

 

Vanetsyan partiyanın mərkəzçi olacağını lakin partiyaya konkret kimlərin daxil olacağını deməyib.

Xatırladaq ki, Artur Vanetsyan 2018-ci il sentybarın 22-dən 2019-cu il noybarın 21-nə qədər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub. O,eks-prezident Serj Sarkisyan və həbsdə saxlanılan eks-prezident Robert Koçaryandan sonra Kremlin Ermənistandakı əsas favoriti sayılır. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir