Modern.az

Qarabağ ermənilərindən parlament seçkilərində iştirakla bağlı BAKIYA CAVAB

Qarabağ ermənilərindən parlament seçkilərində iştirakla bağlı BAKIYA CAVAB

6 Fevral 2020, 18:21

Mərkəzi Seçki Komissiyası Dağlıq Qarabağ ermənilərinin parlament seçkilərində iştirakına “yaşıl işıq” yandırıb. Belə ki, qarşıdan gələn növbədənkənar parlament seçkilərində işğal edilmiş ərazilərimizdə yaşayan erməni kökənli Azərbaycan vətəndaşlarına səs vermək hüquqü verilib.

 

Modern.az xəbər verir ki, MSK-nın bu müraciəti Qarabağ erməniləri arasında ciddi müzakirələrə və müxtəlif şəhrlərə yol açıb.

İşğal altındakı torpaqlarda yerləşən qondarma rejimin ombudsmanı Artak Beqlaryan rəsmi Bakının qonaqpərvərliyindən xoşhal olduğunu ifadə edib.

Ancaq separatçı qurum rəsmisi Azərbaycanın atdığı addımı yamsılamağa çalışıb və 2020-ci ilin martında işğal olunmuş torpaqlarda keçiriləcək qondarma seçkilərdə Qarabağ azərbaycanlılarının da iştirak edə biləcəyini əlavə edib.

 

“Əminəm ki, Qarabağ “vətəndaşlığı” alan azərbaycanlılara seçkilərdə iştirak etmək şansı tanınacaq”- deyə Beqlaryan yazıb.

Halbuki Artak Beqlaryan özü də bilir ki, indi məskunlaşdıqları ərazi Azərbaycanındır və orda keçirilən oyuncaq seçkilər dünyanın heç bir yerində qəbul edilmir.

 

Xatırladaq ki, MSK ötən gün Dağlıq Qarabağda yaşayan ermənilərin 9 fevral parlament seçkilərində iştirak etməsinin mümkünlüyünü ifadə etmişdi.

“Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməniəsilli Azərbaycan vətəndaşları da digər vətəndaşlarımız kimi bu seçkilərdə öz səsvermə hüquqlarından azad və sərbəst şəkildə istifadə edə bilər və bunun üçün Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq bütün addımların atılmasına hazırdır".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır