Modern.az

Ailə üzvləri Dilqəmlə Şahbaza baş çəkə biləcək? – “İçimizdə ümidlər yaranır”

Ailə üzvləri Dilqəmlə Şahbaza baş çəkə biləcək? – “İçimizdə ümidlər yaranır”

7 Fevral 2020, 09:36

Ermənistanın girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvlərinin onları həbsxanada ziyarət edə biləcəyi barədə “Azadlıq Radiosu”nun Ermənistan xidməti bir müddət öncə məlumat yaymışdı.

 

Məlumatda Bakı və Yerevan arasında humanitar missiya çərçivəsində Azərbaycanda saxlanılan erməni əsirlərinin yaxınlarının da qarşılıqlı səfərlə həbsxanada onlara baş çəkə biləcəyi vurğulanırdı.

 

Məsələ ilə bağlı Modern.az Şahbaz Quliyevin bacısı İradə Quliyeva ilə əlaqə saxlayıb. İradə Quliyeva qarşılıqlı səfərlər barədə məlumatı eşitsə də, onlara belə bir görüşün təşkili barədə heç bir informasiya verilmədiyini əlavə edib.

 

“Mən bunu ancaq televiziyadan eşitmişəm. Bizə heç kim heç nə demir. Guya girovların ailələri ilə görüş təşkil olunacaq. Elə sadəcə eşidə-eşidə qalırıq. Məlumat vermirlər ki, biz də bilək. Hər dəfə bu xəbərlərə baxanda sevinirik, içimizdə ümidlər yaranır ”.

 

Hazırda Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlayır. Azərbaycanda isə erməni hərbçilər Arsen Baqdasaryan, Karen Kazaryan və Araik Kazaryan həbsdə saxlanılır.

 

Xatırladaq ki, humanitar aksiya çərçivəsində noyabrda iki ölkənin jurnalistləri Azərbaycana və Ermənistana qarşılıqlı səfərlər etmişdi.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi