Modern.az

Daha bir sərnişin təyyarəsi səhvən vurula bilərdi - Suriyada

Daha bir sərnişin təyyarəsi səhvən vurula bilərdi - Suriyada

7 Fevral 2020, 10:07

Suriya paytaxtı Dəməşqdən İranın paytaxtı Tehrana uçan və göyərtəsində 172 sərnişin olan “Airbus-320” təyyarəsi son anda Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin raket hücumundan qorunub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailə məxsus F-16 təyyarələrinin buraxdığı 8 “göy-yer” raketlərinin hücumu dəf edən zaman Suriya müdafiə sistemləri atəş zonasına çox yaxınlaşan sərnişin təyyarəsini də səhvən hədəf götürüblər. Dəməşq aeroportunun dispetçer xidməti son anda təyyarənin ərazidən uzaqlaşmasına nail olub.

Nəticədə, “Airbus-320” təyyarəsi Rusiya qoşunlarının dislokasiya olduğu Hmeymim hərbi bazasına eniş edib.   

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...