Modern.az

Deputat helikopter qəzasında öldü

Deputat helikopter qəzasında öldü

Dünya

8 Fevral 2020, 00:22

Rusiya Dövlət Dumasının hakim “Yedinaya Rossiya” Partiyasından olan deputatı Ayrat Xayrullin helikopter qəzasında həlak olub.

Modern.az Azərtac-a istinadən xəbər verir ki, A.Xayrullinlə birlikdə helikopterdə olan köməkçisi və pilot ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir.


Ayrat Xayrullin 2007-ci ildən Dövlət Dumasının bir neçə çağırış deputatı seçilib. Dumanın Aqrar məsələlər komitəsinin sədr müavini olub. A.Xayrullin Rusiyanın zəngin şəxslərindən biridir. 2019-cu ildə “Forbes” jurnalı onun varidatını 158,88 milyon rubl qiymətləndirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir