Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu özünün Tvitter səhifəsində Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması ilə bağlı paylaşım edib.
Modern.az-ın məlumatına görə, paylaşımda deyilir:
“Hörmətli Prezident İlham Əliyevin əlindən "Dostluq" ordenini almaqdan şərəf və qürur duydum”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Dövlət başçısı ona Azərbaycanın “Dostluq” ordenini təqdim edib.