Modern.az

Media namizədləri təbliğ edə bildimi? - RƏYLƏR

Media namizədləri təbliğ edə bildimi? - RƏYLƏR

8 Fevral 2020, 12:27

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində namizədlərin seçkiqabağı təşviqat kampaniyası aparması üçün ayrılan vaxt başa çatdı.

Namizədlərin təbliğat-təşviqat kampaniyasını ölkə mediası necə işıqlandırdı?

 

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Modern-az-a danışıb:

 

“Nə televiziyalarda, nə saytlarda, nə də qəzetlərdə heç bir şey görmədim. Diqqət sosial şəbəkələrdə idi. Sözün doğrusu, mən indiyədək bilmirəm ki, yaşadığm dairədə kim deputalığa namizədliyini irəli sürüb. Cəmi birinin adını eşitmişəm, heç o birilərini tanımıram. Sabah səsverməyə gedəndə görüm indi kimi tanıyıram, kimi yox. Vəziyyət yaxşı deyil, normal bir  kampaniyanın keçirilməyini görmədim.Təbii ki, bu mənim şəxsi fikirlərimdir. Ola bilər ki,bəzi deputalığa namizədlər rayonlarda görüşlər keçirsin. Amma şəhərdə görüşlərin keçirilməsinə rast gəlmədim”.

 

525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də hesab edir ki, kampaniya ən çox sosial şəbəkələrdə aparılırdı:

 

“Düşünürəm ki, deputalığa namizədlər bu il əsasən sosial şəbəkələrdən istifadə etmiş oldular. Təbii ki, aralarında uğurluları da oldu, uğursuzluları da . Saytlarda da müəyyən qədər hiss olundu. Ancaq yazılı mətbuatda təssüf ki, məlumatlar az oldu. Ümumiyyətlə medianın seçqiqabağı gözləntiləri çox olub ki, namizədlər müəyyən reklamlar sifariş versin. Düşünürəm ki, bu məsələdə də cüzilik özünü göstərdi. Məsələn, medianın arzuladığı qədər olmadı. Daha çox namizədlər sosial şəbəkələrdən istifadə etdilər. Mənə elə gəlir ki, deputalar üçün sosial şəbəkə həm ucuz başa gəldi, eyni zamanda da mənalı idi”.

Report İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev hesab edir ki, builki seçkiqabağı təşviqat kampaniyası əvvəlki parlament seçkiləri ilə müqayisədə daha aktiv formada keçib.

 

“Lakin mediaya nəzər yetirəndə namizədlərlə bağlı geniş məlumat dərc olunmasının şahidi olmadıq.

Əvvəlki təcrübədə hər saytda neçə namizədin baneri, gündəlik Pres-relizlər dərc olunurdu. Bu dəfə isə bütün diqqətlər yönəldi sosial şəbəkələrə.

Təxmin etmək olarki, Azərbaycanda keçiriləcən parlament seçkiləri ilə əlaqədar Facebook şirkəti bütün yerli medianın gəlirlərindən 10 dəfə artıq qazanc əldə etdi.

Nəzərə almaq lazımdır ki, bu seçkilərdə kifayət qədər çox jurnalist öz namizədliyini irəli sürmüşdü. Amma onlarda təbliğat üçün ənənəvi, onlayn medianı yox, sosial medianı seçdilər.

Bu tək Azərbaycanın deyil, müasir dövrdə bütün Avropa ölkələrindəki medianın da qarşılaşdığı problemdir. Ümumilikdə isə, bu seçki prosesi kifayət qədər çox kreativ yanaşma, yeni üsullardan istifadə ilə yaddaşda qalacaq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir